Əməliyyat və profilaktiki tədbirlər davam etdirilir

Əməliyyat və profilaktiki tədbirlər davam etdirilir

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini R.Hüseynli “Browning” markalı tapançanı, 2 ədəd patron darağını və 6 ədəd patronu könüllü olaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil verib.

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bağırbəyli kənd sakini Vüqar Cəbrayılovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə