“Sarı jilet”lilər 5-ci iri miqyaslı etiraz aksiyasını keçirir

“Sarı jilet”lilər 5-ci iri miqyaslı etiraz aksiyasını keçirir

Fransanın paytaxt orqanları “sarı jilet”lilərin sayca 5-ci böyük miqyaslı etiraz aksiyasına hazırlaşır. SİA-nın xəbərinə görə, bu barədə Parisin polis rəisi Mişel Delpeş bəyan edib.

Fransanın Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, etiraz aksiyaları neqativ ssenarilərin yaşana bilmə ehtimalı çox olduğundan onların qarşısının alınması istiqamətində hazırlıq gedir. O bildirib ki, etiraz aksiyası günü Paris küçələrini 8 minə yaxın polis mühafizə edəcək

Qeyd edək ki, noyabrın 17-dən davam edən etiraz aksiyalarında ölənlərin sayı 16 nəfər çatıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə