Tərtərdə xəsarət alanların vəziyyəti barədə

Tərtərdə xəsarət alanların vəziyyəti barədə

Tərtərdə yanacaqdoldurma məntəqəsində (YDM) qəza baş verib. SİA-nın məlumatına görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Xəsarət alanlar təcili tibbi yardımla Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, 1966-cı il təvəllüdlü Rzayev Seymur Əli oğlu və 1995-ci təvəllüdlü Məmmədli Əsgər Səlim oğlunun vəziyyətləri ağırdır.

Məlumatda həmçinin deyilir ki, hazırda baş həkim başda olmaqla xəstəxananın həkim heyəti xəsarət alanların yanındadırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə