Maşın piyadaları vurdu - 1 ölü, 2 yaralı

Maşın piyadaları vurdu - 1 ölü, 2 yaralı

Səhər saatlarında paytaxtın Neftçilər prospektində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-ya verilən məlumata görə, Abdullayev Natiq Əliağa oğluna məxsus "Hyundai” markalı, 99 NU 793 nömrəli avtomobil yolu keçmək istəyən üç piyadanı vurub.

Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib.

Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə