Ağstafada bıçaqlanma hadisəsi baş verib

Ağstafada bıçaqlanma hadisəsi baş verib

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub. SİA-nın məlumatına görə, rayonun 1985-ci il təvəllüdlü Aşağı Kəsəmən kənd sakini Sərvaz Vəliyev kürək və bud nahiyələrindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Kişinin hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Bundan əvvəl Gəncədə orta yaşlı kişi bıçaqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə