Qeyri-qanuni dini fəaliyyət aşkarlanıb

Qeyri-qanuni dini fəaliyyət aşkarlanıb

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən Sumqayıt şəhəri Novxanı qəsəbəsi bağlar massivi, Çinarlı küçəsi 1886 ünvanında yerləşən Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Elçin Sovet oğluna məxsus bağ sahəsinə baxış keçirilib. SİA-nın verdiyi məlumata görə, nəticədə qeyri-qanuni dini fəaliyyət aşkarlanıb, faktla bağlı inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə