Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, şəhərin "Karusel" adlanan ərazisində 1964-cü il təvəllüdlü yerli sakin Mirzəyeva Məlahət Şəfi qızını avtomobil vurub.
Zərərçəkmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır. Bundan əvvəl Şəki rayonunda 4 yaşlı uşağı maşın vuraraq öldürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB