77 yaşlı Gəncə sakini özünü asıb

77 yaşlı Gəncə sakini özünü asıb

Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorunun köməkçisi Elnar Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, Əzizov Məhərrəm İbrahim oğlu özünü asaraq intihar edib.

Yaxınları 77 yaşlı mərhumu yaşadığı evdə iplə asılı vəziyyətdə tapıblar. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə