6 otaqlı evdə yanğın

Xaçmazda ikimərtəbəli ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata əsasən, rayonun Yergüc kəndində ümumi sahəsi 120 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 38 m² sahədə və 2-ci mərtəbəsinin 1 otağında yataq dəsti 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə