Sabunçuda mənzildən kişi meyiti tapılıb

Sabunçuda mənzildən kişi meyiti tapılıb

Sabunçuda mənzillərdən birində 80 yaşlı kişi meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Qreçkin Vladimir İqoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə