12 avtomobil toqquşdu 7 nəfər öldü

12 avtomobil toqquşdu 7 nəfər öldü

Meksikada baş verən yol qəzası nəticəsində 7 nəfər ölüb, 30 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilkin məlumatlarda 12 maşının birdən vurulduğu bildirilir. Qəza, paytaxtın yaxınlığında Mexiko-Toluka şossesində baş verib. Əyləci tutmayan yük maşını 10-dan çox avtomobili əzib.

Təxminən 20 nəfərin avtomobillərdə sıxılıb qaldığı bildirilir. Hadisə yerinə xilasedicilər cəlb edilib. Yol tamamilə bağlanıb və sürücülərə alternativ yollardan istifadə etmək xəbərdarlığı edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə