Cəlilabad rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Xidmətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, yanğın dekabrın 20-də saat 11-00 radələrində Göytəpə şəhəri, Qurtuluş küçəsi,142 nömrəli evdə yaşayan Məmmədov Rafiq Əjdər oğluna məxsus 1 mərtəbəli 3 otaqlı evdə baş verib.
Nəticədə 135 kvadratmetrlik ev içərisindəki əşyaları ilə birlikdə yanaraq külə dönüb.Yanğının söndürülməsinə 2 maşın cəlb edilsə də, yanğının qarşısını almaq mümkün olmayıb. Hadisə zamanı xəsarət alan olmayıb. Dəhşətli yanğın 9 nəfərlik ailəni evsiz qoyub.
Yanğının nəzarətsiz qoyulmuş qaz sobasından baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB