Lənkəranda qadın su quyusuna düşərək boğulub

Lənkəranda qadın su quyusuna düşərək boğulub

Lənkəran rayonunda bədbəxt hadisə baş verib. "Report"un Cənub bürosunun məlumatına görə, Liman şəhəri ərazisində 1956-cı il təvəllüdlü Əliyeva Vəskinə Kişi qızı ehtiyatsızlıqdan su quyusuna yıxılıb.

Hadisə yerinə gələn FHN xilasediciləri onun meyitini quyudan çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Bundan əvvəl özünü Qubada Samur-Abşeron kanalına atan şəxs boğularaq ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə