İki qardaşı maşın vurub - biri ölüb

İki qardaşı maşın vurub - biri ölüb

Oktyabrın 31-də saat 20 radələrində Kəpəz rayonunun Nizami prospektində Gəncə şəhər sakini Arzu Abbasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən həmyerliləri İslam Allahverdiyevi və qardaşı Amini vurub.
DİN-dən SİA-ya verilən xəbərə görə, nəticədə İ.Allahverdiyev hadisə yerində ölmüş, Amin xəstəxanaya yerləşdirilib. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə