Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 13-14 yaşlı Allahverdiyev Amin Ceyhun oğlunu avtomobil vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb və ona tibbi yardım göstərilib. Yaralının hazırda yaxınları tərəfindən Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılması planlaşdırılır.
Faktla bağlı araşdırma aparılır. Yaşı dəqiq qeydə almadıqları üçün təxmini 13-14 yaşı olduğu bildirilir. Bundan əvvəl Yevlaxda təkəri partlayan avtomobil aşaraq piyadanı vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB