Avtomobilin benzin çənində pirotexniki vasitələr aşkarlanıb - FOTOLAR
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar Şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Volkswagen Vento" markalı avtomobil saxlanılıb. SİA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən əvvəl avtomobilin sahibi şifahi sorğu-sual edilib. Vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsinin benzin çəninin içərisində 1370 ədəd, üzərində "Enigma EK3" yazısı olan pirotexniki vasitə aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB