Salyan dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxslər saxlanılıblar. SİA-nınm məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 29-da saat 16 radələrində Salyan dəmir yolu stansiyası ərazisindən 20 ədəd rels altlığını oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Salyan rayon sakini Rövşən Rzayev və Neftçala rayon sakini Mirzə İbrahimov olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB