Əhmədlidə minik maşını ilə sərnişin avtobusu toqquşub

Əhmədlidə minik maşını ilə sərnişin avtobusu toqquşub

Bakının Əhmədli qəsəbəsi, Gəncə prospektində minik maşını ilə sərnişin avtobusu toqquşub. Xətai Rayon Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, 10 VT 244 dövlət nömrə nişanlı sərnişin avtobusu "Mercedess" markalı 90 CF 689 dövlət nömrə nişanlı avtomaşın ilə toqquşub. Qəza nəticəsində sərnişin avtobusu idarəetməni itirərək aşıb.

 

Nəticədə sərnişin avtobusunda olan sərnişinlərdən bəziləri bədən xəsarəti alıb. Onlar təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar. Hadisənin başvermə səbəbini müəyyənləşdirmək üçün hadisə yerinə Xətai RPİ və DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə