Yevlax şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" markalı avtomobilin şəhərin mərkəzi küçələrindən birində idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1991-ci il təvəllüdlü Mehman Kərimov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Bundan əvvəl Tovuzda zəncirvari yol qəzası baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB