Yeniyetmənin əlindən 27.000 ABŞ dolları aldılar

Yeniyetmənin əlindən 27.000 ABŞ dolları aldılar

Oktyabrın 25-də Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27.000 ABŞ dolları, oktyabrın 5-də isə 18.000 ABŞ dolları aldıqlarını bildirib.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə ilə bağlı 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə