Digər cinayət əməllərinin də üstü açıldı

Digər cinayət əməllərinin də üstü açıldı

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Əliyevdən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Polis əməkdaşları tərəfindən ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət əməllərinin də üstü açılıb.

Belə ki, sentyabr ayından oktyabrın 22-dək olan müddətdə onun rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə