Azərbaycanda axtarışda olan şəxs Belarusda saxlanıldı

Azərbaycanda axtarışda olan şəxs Belarusda saxlanıldı

Azərbaycanda axtarışda olan şəxs Belarusda saxlanılıb. DİN-dən SİA-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Firuz Quliyev Belarus Respublikasının ərazisində saxlanılıb.

Qeyd edək ki, F.Quliyev Azərbaycana ekstradisiya edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə