16 mərtəbəli binada yanğın

Bakıda yeni tikilən 16 mərtəbəli binada yanğın olub. FHN-dən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının (tikintisi başa çatmamışdır) 16-cı mərtəbəsində quraşdırılmış taxta qəliblər 200 m² sahədə yanıb.

Taxta qəliblərin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə