Gəncənin baş memarını maşın vurub

Gəncənin baş memarını maşın vurub

Dünən axşam saatlarında Gəncə şəhərinin baş memarı Məhəmməd İbrahimovu avtomobil vurub. Zərərçəkən dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya, oradan isə reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, memarın bir ayağının bud sümüyü sınıb. Hazırda onun vəziyyəti normaldır. Həkimlərin sözlərinə görə, memar əməliyyat olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə