Sabunçuda ölümlə nəticələnən avtobus qəzası baş verib

Sabunçuda ölümlə nəticələnən avtobus qəzası baş verib

Sabunçuda 208 saylı avtobus qəza törədib. SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə oktyabrın 12-də saat 22:00 radələrində baş verib.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə