Yardımlı Rayon Polis Şöbəsi və Sərhəd Qoşunlarının Yardımlı Sərhəd Dəstəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olan 2 rayon sakini saxlanılıb. Rayon Polis Şöbəsinin müstəntiqi Sabir Tağızadənin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, əməliyyat Yardımlının Zevin kəndində aparılıb.
Dekabrın 10-da saat 23:30 radələrində Zevin kənd sakini 30 yaşlı Rabil Əliyev həmkəndlisi Şıxəliyev Səadətin idarə etdiyi "VAZ 2121" markalı avtomaşını ilə rayonun Mirimli kəndinə gələrək, orada 36 yaşlı Mənsim Vəliyevdən küllü miqdarda 2,827 qram çəkidə narkotik vasitə olan heroin alıb. Sonra isə Zevin kəndi istiqamətində yollarına davam ediblər.
Gecə saat 01:30 radələrində onlar polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılıblar. Şöbədə Rabil Əliyevin üzərinə baxış keçirilərkən onun üzərindən həmin narkotik vasitə aşkar olunub.
Bundan sonra tədbirin davamı olaraq pols əməkdaşları Mənsim Vəliyevin saxlanılması üçün onun yaşadığı evə gediblər. Evə baxış keçirilərkən burada ümumi çəkisi 1 kq 36 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan Mənsim Vəliyev əldə etdiyi narkotik vasitəni tanımadığı Əli adlı İran vətəndaşından aldığını bildirib. Saxlanılanların hər ikisi ailəlidir, az yaşlı uşaqları var. Onlar barəsində CM 234.1 və 234.3 maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB