Üç gün əvvəl qətlə yetirilən Cəlilabad sakininin meyiti aşkarlanıb

Üç gün əvvəl qətlə yetirilən Cəlilabad sakininin meyiti aşkarlanıb

Cəlilabad rayonunda qətl hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, dekabrın 14-də Cəlilabad şəhər sakini, 1958-ci il təvəllüdlü Eyvazov Namiq Səxavət oğlunun meyiti yaşadığı evində aşkarlanıb.

Meyitin məhkəmə-tibb ekspertləri tərəfindən müayinəsi zamanı mərhumun döş və qarın nahiyələrindən aldığı bıçaq yaralarından dünyasını dəyişdiyi bəlli olub. Ekspertiza, həmçinin qətlin 3 gün əvvəl baş verdiyini təsdiq edib.

Qətlin hansı səbəbdən törədilməsi hələlik məlum deyil. Fakta bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə