Evdən oğurluq edən 2 nəfər tutuldu

Evdən oğurluq edən 2 nəfər tutuldu

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən SİA-ya verilən xəbərə görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində rayon ərazisindəki 1 evdən və 1 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakinləri Atamoğlan Cabbarov və Anar Quliyev saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə