Şamaxıda "VAZ" yanıb

Şamaxı rayonunun Həmyəli kəndində "VAZ" markalı minik avtomobilinin mühərriki və salon hissəsi yanıb.
SİA FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə