160 saylı avtobus daha bir qəza törədib ana və azyaşlı uşaq yaralanıb
Bakıda daha bir avtobus qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə aeroport yolunda qeydə alınıb. Belə ki, 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, son bir həftədə 160 saylı xətt avtobusunun törətdiyi ikinci yol qəzasıdır. Bundan bir neçə gün əvvəl həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət almışdı.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB