Rusiyada axtarılırdı, Azərbaycanda tutuldu

Rusiyada axtarılırdı, Azərbaycanda tutuldu

Rusiyanın axtardığı şəxs Azərbaycanda tutulub. SİA-nın DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşları tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Muxtar Nəcəfov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə