Qəzada ağır yaralanan piyada xəstəxanada öldü HADİSƏ

Qəzada ağır yaralanan piyada xəstəxanada öldü HADİSƏ

Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobil piyadanı vuraraq öldürüb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumatına görə, hadisə dünən axşam saatlarında baş verib. Məlumatda bildirilib ki, oktyabrın 3-də saat 19 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində Kamil Şirinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə