Yük avtomobili 2 piyadanı vuraraq öldürüb HADİSƏ

Yük avtomobili 2 piyadanı vuraraq öldürüb HADİSƏ

Bakıda yük avtomobili 2 piyadanı vuraraq öldürüb. SİA-nın məlumatına görə, hadisə dünən səhər saatlarında baş verib. Həyatını itirən şəxslərdən biri “Sumqayıt” futbol klubunun U-15 komandasının üzvü olub. Bununla bağlı sözügedən futbol klubunun rəsmi saytında da məlumat yayımlanıb.

Baş vermiş olayın təfərrüatları ilə bağlı Daxili İşlər Nazirliyindən rəsmi açıqlama verilib. Bildirilir ki, oktyabrın 2-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadisə yerində ölüblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə