“KamAZ” azyaşlı uşağı vuraraq öldürüb HADİSƏ

“KamAZ” azyaşlı uşağı vuraraq öldürüb HADİSƏ

Qaradağ rayonunun Qobustan qəsəbəsində yük avtomobili azyaşlı uşağı vuraraq öldürüb. SİA-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə dünən axşam saatlarında baş verib.

Xəbərdə deyilir ki, oktyabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi “KamAZ-6520” markalı avtomobillə yolu keçən qəsəbə sakini - 9 yaşlı Ayxan Hüseynovu vurub və nəticədə azyaşlı hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə