Qatarın vurduğu avtobusda xəsarət alan azyaşlı dünyasını dəyişib
Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların biri dünyasını dəyişib. SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 1 nəfər dünyasını dəyişib.
3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən azyaşlı oğlandır.
Hazırda 12 nəfər xəstəxanaya daxil olub, vəziyyətləri ağırdır.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat xidməti hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB