Sumqayıt ərazisində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.
SİA-nın xəbərinə görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, Bakıdan Quba rayonuna turist aparan avtobus Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.
Nəticədə iki nəfər hadisə yerində ölüb, 15 nəfər isə müxtəlif xəsarətlərlə Sumqayıt təcili yardım xəstəxanasına yerləşdirilib. Onlardan 6 nəfəri reanimasiya şöbəsində müalicə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB