Avropa güclü qar və yağışın altında qalıb

Avropa güclü qar və yağışın altında qalıb

Son günlər ərzində Avropanın müxtəlif hissələrində yağan güclü qar və yağış insan itkisinə və bir sıra digər problemlərə səbəb olub. SİA-nın xəbərinə görə, verilən son məlumata əsasən Avropada cari ilin noyabr ayının sonundan etibarən davam edən qeyri-sabit hava şəraiti 66 nəfərin ölümü ilə nəticələnib. Fransanın paytaxtı Paris şəhərində bəzi yerlərdə qarın qalınlığı 11 santimetrə çatır. Şəhərin bir çox hissələrində nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb "Şarl De Qoll" və "Orli" beynəlxalq hava limanlarının fəaliyyətlərində problemlər yaranıb bir sıra reyslər təxirə salınıb.

 

Həmçinin, Eyfel qülləsinin müvəqqəti olaraq turistlər üçün bağlandığı bildirilir. Güclü qar və şaxta Şotlandiyada da nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Ölkənin bəzi bölgələrində havanın temperaturunun mənfi 20 dərəcəyə qədər endiyi qarın qalınlığının isə 20 santimetrə çatdığı bildirilir. Qlazqo və Edinburq şəhərlərini birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkətinin iflic vəziyyətə düşdüyü və yolun müvəqqəti olaraq bağlandığı qeyd olunur.

 

"Monika" siklonun artıq Rusiya ərazinə keçdiyi bildirilir. Bu səbəbdən ölkənin Avropa hissəsinin şimal-qərbində hava şəraitinin kəskin soyuyacağı proqnozlaşdırılır.

 

İspaniyada isə güclü yağışlar ölkənin mərkəzi və cənub hissələrində subasma hadisələrinə səbəb olub. Syudad Real vilayətinin Almodovar del Kampo şəhərində Alkudiya çayının məcrasından çıxaraq minik avtomobilini aparması bir nəfərin ölümü ilə nəticələnib. Kordoba şəhərində isə Qvadalkivir çayının məcrasından çıxaraq daşması ətrafda yerləşən təxminin 100 yaşayış evindən insanların təxliyyəsinə səbəb olub.

 

Analoji hadisə həmçinin Sevilya vilayətində qeydə alınıb. Genil çayının Esixa şəhəri ərazindən keçən hissəsində məcrasından çıxaraq şəhərin azı 30 faiz ərazisini su altında qoyub. Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqda yerləşən, təxminən, 3 min yaşayış evinin sakinləri təxliyyə edilib. Haen vilayətinin Arroyo del Oxanko şəhərində isə bir nəfərin ildırım vurması nəticəsində öldüyü qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə