Bakıda avtobus yolu keçən piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini Cəmil İsmayılov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Əlövsət Alıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB