Xaçmazda 62 yaşlı piyadanı avtomobil vurub

Xaçmazda 62 yaşlı piyadanı avtomobil vurub

Xaçmaz rayonunda 62 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1956-cı il təvəllüdlü Telman Babayev yolu keçərkən onu avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

T.Babayevin yolu keçərkən sərxoş vəziyyətdə olduğu bildirilir. Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə