Avtomobil yolu keçən piyadanı vurub öldürdü

Avtomobil yolu keçən piyadanı vurub öldürdü

Qaradağ rayonunun Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən SİA-ya verilən məlumata görə, sentyabrın 10-da saat 7 radələrində Qaradağ rayonunun Salyan yolu küçəsində Şəmkir rayon sakini İsgəndər Məmmədov idarə etdiyi “Mercedes” markalı dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən Füzuli rayon sakini Mahir Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə