Quba rayonunda yol qəzası baş verib. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun rayonun Rustov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Daewoo Nexia" və "Renault" markalı minik avtomobilləri toqquşub. Nəticədə birinci maşının sürücüsü - Qubanın Afurca kəndinin sakini, 1963-cü il təvəllüdlü Namiq Nəsrulla oğlu Siracov, həmçinin ikinci avtomobilin sürücüsü, 1954-cü il təvəllüdlü Hikmət Nəsirov və onun nəvəsi, 2002-ci il təvəllüdlü Rostov kənd sakini Aytac Ramil qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB