Bakıda 40 yaşlı qadın itkin düşüb

Bakıda 40 yaşlı qadın itkin düşüb

Bakıda orta yaşlı qadın itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Rayonun M.Əliyev küçəsi, ev 26-da yaşayan, 1978-ci il təvəllüdlü Səmədova Sevinc Tofiq qızı avqustun 6-da saat 18 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə