Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb
Yaponiyanın Hokkay adasında 6,7 bal gücündə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe zəlzələ nəticəsində dağılan əraziyə baxış keçirərkən açıqlayıb. O bildirib ki, dağıntı altında qalanların xilası istiqamətində bütün səylər ortaya qoyulub. Baş nazirin sözlərinə görə, xilas edilmə işlərinə 4,86 milyon dollar ayrılıb. Qeyd edək ki bundan öncə 37 nəfərin öldüyü bildirilirdi. İki sutka ərzində Hokkayda 125 avterşok qeydə alınıb.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə