Sumqayıt sakinindən silah-sursat götürülüb

Sumqayıt sakinindən silah-sursat götürülüb

Sumqayıt şəhər sakinindən silah-sursat götürülüb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, daxil olan məlumat əsasında Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ-BM” markalı nömrəsi silinmiş tüfəng və 1 ədəd patron götürülüb.

Anoloji hadisə Lənkəran rayonunda da qeydə alınıb. Əldə edilən əməliyyat məlumatı əsasında Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Cil kənd sakini Tarıverdi Məmmədovdan 1 ədəd “TOZ-66” markalı tüfəng, 1 ədəd patron, 5 ədəd boş giliz və 1 ədəd patron yığmaq üçün kəmər götürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə