116 cinayət faktı qeydə alınıb

Rrespublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 116 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə, 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə