Ağcabədi rayonunda toyda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, sentyabrın 4-də Ağcabədi şəhəri ərazisində yerləşən şadlıq saraylarının birində şəhər sakini Qurban Qurbanzadə münaqişə zəminində həmyerlisi Zaur Sadıqova bıçaqla xəsarət yetirib. Z.Sadıqov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Q.Qurbanzadə saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB