Bakıda iki gün əvvəl avtomobilin vurduğu 28 yaşlı piyada xəstəxanada ölüb. "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Babək Novruz oğlu Dadaşov sentyabrın 2-də Binəqədi rayonunda, Novxanı-Binəqədi yolunda naməlum sürücü tərəfindən avtomobillə vurulub.
Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Komaya düşən yaralı bu gün xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB