İaşə müəssisəsində yanğın olub

İaşə müəssisəsində yanğın olub

Bakıda yaşayış binasında yanğın baş verib. SİA-nın FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 m² olan iaşə müəssisəsində 1 ədəd qurğu, 1 ədəd şkaf və taxta konstruksiyadan ibarət arakəsmələr 20 m² sahədə yanıb.

Yüksək temperaturdan 3 ədəd məişət avadanlığı əriyib. Müəssisənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə