Erməni əsgəri intihar edib

İşğal olunmuş Dağlıq Qarabağdakı ərazilərimizdə yerləşən hərbi hissələrin birində intihar hadisəsi baş verib. SİA “aysor.am”a istinadən xəbər verir ki, sentyabrın 2-də axşam saat 21:00 radələrində 1996-cı il təvəllüdlü Vanik Gevorkyanın cansız bədəni aşkarlanıb. Ölüm səbəbinin ilkin versiyası intihar kimi qiymətləndirilir.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan ordusunda zabit meyiti aşkarlanıb və həmin hadisə də intihar olaraq qiymətləndirilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə