Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd məişət avadanlığı yanıb.
SİA-nın FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə qarsalanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunmuşdur. Otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB